Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 10-cu turunda “Lukkenvalde” ilə qarşılaşıb.

“Dinamo” doğma meydanda baş tutan bu matçdan qələbə ilə ayrılıb - 4:0. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ikinci qolunu da Rüfət vurub. O, 45+2-ci dəqiqədə fərqlənib.

“Dinamo” hazırda 21 xalla 3-cü pillədə qərarlaşıb.