Azərbaycanlı hücumçudan Almaniyada növbəti qol
- 21 Okt 2023 10:00
- 294
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 11-ci turunda “Herta”nın ikinci komandası ilə qarşılaşıb.
“Dinamo” səfərd baş tutan bu matçdan qələbə ilə ayrılıb - 2:1. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ikinci qolunu da Rüfət vurub. O, 57-ci dəqiqədə fərqlənib.
“Dinamo” hazırda 24 xalla 2-ci pillədə qərarlaşıb.