Azərbaycanlı hücumçudan Almaniyada növbəti qol
- 28 Okt 2023 13:30
- 324
Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” (Berlin) Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi çempionatın 12-ci turunda Berlinin digər təmsilçisi “Viktoriya” ilə qarşılaşıb.
“Dinamo”nun meydanında baş tutan matçda qalib müəyyənləşməyib - 3:3. Meydana start heyətində çıxan Dadaşov sonadək oynayıb. Komandasının ilk qolunu da Rüfət vurub. O, 32-ci dəqiqədə fərqlənib.
“Dinamo” hazırda 25 xalla zirvədə qərarlaşıb.