Azərbaycanlı idmançı Polşada 16-cı oldu
- 13:41
- 41
Azərbaycan idmançısı Nərgiz Süleymanova Polşanın Varşava şəhərində keçirilən “PGE Warsaw Cup” beynəlxalq fiqurlu konkisürmə yarışında iştirak edib.
Rekord.az xəbər verir ki, qısa və sərbəst proqram üzrə çıxış edən idmançı 26 fiqurlu konkisürən arasında 135.15 xal toplayıb.
İlk dəfə ölkəmizi beynəlxalq yarışda təmsil edən N.Süleymanova yekun nəticədə 16-cı yerə sahib olub.