Sumqayıtda hamının dəli, manyak kimi tanıdığı şəxs əslində iki qat Avropa çempionu olan Elşən Əliyevdir.

Rekord.az xəbər verir ki, bu barədə sosial şəbəkədə aparıcı Elgiz Əkbər paylaşım edib.

Görüntülərdən məlum olur ki, zavallı gənc küçədə səfil kimi təkərlərin arasında yaşayır.

BAKU.WS Elşən Əliyev barədə eksklüziv məlumatlar əldə edib. Məlum olub ki, Elşən əvvəllər tanınmış və uğurlu idmançı olub. Lakin onun bu vəziyyətə düşməsinə səbəb illər öncə hansısa mübahisədə iştirak edərkən başından aldığı zərbə olub.

Aldığı zərbədən sonra idmançıda havalanma və özünü tanımama yaranıb. Elşən Əliyevin özünü idarə edə bilməməsi onu ailəsindən də uzaqlaşdırıb.

Qeyd edək ki, ikiqat Avropa çempionunun üzləşdiyi acınacaqlı vəziyyəti araşdırmaq və iddiaların həqiqəti nə dərəcədə əks etdirdiyini aydınlaşdırmaq məqsədilə həftə ərzində "Elgizlə izlə" verilişində xüsusi buraxılış yayımlanacaq.