Azərbaycanlı məşqçi güləşçisinə çox pis əsəbləşdi: "Kişiliyin olsun" VİDEO
- 18 Avq 2021 01:21
- 753
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, sərbəst güləş üzrə 3 pəhləvanımız final görüşünə çıxıb. Hər üç güləşçimiz məğlub olaraq "gümüş"lə kifayətlənib.
70 kq çəki dərəcəsində Cəbrayıl Hacıyev iranlı İrfan Elahiyə 5:6, 65 kq-da isə rusiyalı Şamil Məmmədovla qarşılaşan Zirəddin Bayramov 1:4 hesabı ilə uduzaraq gümüş medal sahibi olub.
79 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Əşrəf Aşırovun final görüşü isə maraqlı anlarla yadda qalıb. Belə ki, iranlı rəqibi Məhəmməd Noxodilarimi ilə (4:7) xal fərqini ikiyə endirən Aşırov ardınca döşəkdən çıxıb. Bu məqamda məşqçi Cəbrayıl Həsənov əsəblərini cilovlaya bilməyərək, güləşçimizə qarşı "Kişiliyin olsun, bir" ifadəsini işlədib.
Həmin görüntüləri təqdim edirik:
Mənbə: offsideplus.az