Azərbaycanlı məşqçi İndoneziya klubunu çalışdıracaq
- 16 Noy 2019 18:42
- 1377
Voleybol üzrə azərbaycanlı məşqçi Ziya Rəcəbov karyerasını ölkədən kənarda davam etdirəcək. "Rekord.az" xəbər verir ki, gənc mütəxəssis bu mövsüm İndoneziyanın "Cakarta Pertamina Enerji" klubunu çalışdıracaq.
Artıq müqavilə imzalayan Rəcəbov yeni klubunu mövsümün sonuna kimi meydana çıxaracaq.
Bununla bağlı təcrübəli məşqçi ilə əlaqə saxlayıb fikirlərini öyrəndik. O, "Rekord.az"a açıqlamasında yeni klubu haqqında danışıb: "Bu mövsümdə "Cakarta Pertamina Enerji" klubunu çalışdıracam. 5 aylıq müqavilə imzalamışıq. İndoneziyada yarışlar 5 ay davam edir. Ötən il də bu klubdan təklif vardı. Lakin indi özümü daha hazırlıqlı hiss etdiyimdən bu mövsüm üçün razılaşdım. İndoneziya kifayət qədər güclüdür. Burada dünyanın bir sıra güclü voleybolçuları çıxış edirlər. "Cakarta Pertamina Enerji" də aparıcı klublardandır. Bu komadanın uğurlu nəticələr qazanması üçün əlimdən gələni edəcəyəm. Yaxşı nailiyyətlərlə vətənə dönməyə çalıçacam. Burada çıxış etmək mənim üçün böyük təcrübə olacaq".
Qeyd edək ki, Ziya Rəcəbovun mövsümün əvvəlində Bakının "Lokomotiv" klubu ilə imzaladığı müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib. O, dekabrın əvvəllərində İndoneziya klubunun düşərgəsində olacaq.