"Səbail"in sabiq baş məşqçisi Aftandil Hacıyevin Türkiyə səfəri davam edir.

Rekord.az xəbər verir ki, o, bu dəfə Super Liqa təmsilçisi "Fatih Karagümrük"ün düşərgəsində olub.

Həmyerlimiz komandanın baş məşqçisi Adrea Pirlo ilə görüşüb. Hacıyev tanınmış italiyalı mütəxəssislə məşqçiliyin sirlərindən fikir mübadiləsi aparıb.

Hacıyevin daha əvvəl "Qalatasaray"ın düşərgəsində olduğunu, Okan Burukla görüşdüyünü bildirək.

41 yaşlı Hacıyev PRO-nu 4 il əvvəl Belarusda alıb və ötən il kateqoriyanı Bakıda yeniləyib.