Azərbaycanlı məşqçilər Minskdə
- 28 Okt 2019 15:40
- 905
AFFA-nın təşkilatçılığı ilə UEFA-nın A kateqoriyalı məşqçi kursunun I modulu keçirilir. Rekord.az xəbər verir ki, oktyabrın 31-dək davam edəcək kursda 8 məşqçi iştirak edir.
Belarusun paytaxtı Minskdə keçirilən kursa Aslan Kərimov, Osman Rəhimov, Arif Əsədov və İlkin Hüseynov rəhbərlik edir. Məşqçilər bu modulda UEFA-nın tələblərinə əsasən, Belarusda təşkil olunan 17 yaşadək futbolçuların Avropa çempionatının seçmə mərhələsinin oyunlarını analiz edəcəklər.