Azərbaycanlı məşqçiyə Ərəbistanda böyük etimad
- 11 Okt 2020 15:00
- 786
U-19 millimizin qapıçılar üzrə sabiq məqşçisi Ramiz Kərimovun karyerasını Küveytdə davam etdirməsindən xəbərdarsız.
Rekord.az xəbər verir ki, o, “Əl Ərəbi” ilə 2 illik müqavilə imzalayıb.
Vaxtilə yığma ilə yanaşı, “Qarabağ”ın aşağı yaş qruplarında da çalışmış gənc mütəxsəssis buna kimi ərəb klubunun U-15 və U-17 komandalarının qapıçıları ilə çalışırdı. Eyni zamanda başqa aşağı yaş qruplarının da qapıçılarına nəzarət edirdi.
Kərimovun işi “Əl Ərəbi” rəhbərliyinin qane etdiyindən, ona daha üst görəv tapşırılıb. Həmyerlimiz əsas komandanın məşqçilər korpusuna daxil edilib.