Tanınmış tibb mütəxəssisi, massajçı Faiq Hüseynov Birləşmiş Ərəb Əmirliklərində yeni sözləşməyə imza atıb.

Rekord.az xəbər verir ki, uzun müddət "Neftçi”də və Azərbaycan millisində çalışmış Faiq bəy "Şabab Al-Ahli”dəki fəaliyyətini davam etdirəcək.

Dubay klubu ilə yeni müqavilə 2022-ci ilin sonun kimi nəzərdətutulub.

Əsası 1970-ci ildə qoyulan "Şabab Al-Ahli” BirləşmişƏrəb Əmirliklərinin yüksək liqasında mübarizə aparır.