Futzal üzrə azərbaycanlı FİFA referisi Hikmət Qafarlı beynəlxaq təyinat alıb.

Rekord.az xəbər verir ki, o, futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsinin C qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Avqustun 20-dən 25-dək davam edəcək matçlar Albaniyanın paytaxtı Tiranada təşkil olunacaq. Bu qrupda “Tirana”, “Haladaş” (Macarıstan), “Differdanj” (Lüksemburq) və “Utleira” (Norveç) komandaları mübarizə aparacaq.