
Azərbaycanlı referi Türkiyədəki yarışın ən yaxşı hakimi seçildi
- 16 Fev 2025 16:30
- 91
Azərbaycanlı taekvondo hakimi Ramal Camalov Türkiyənin Antalya şəhərində keçirilmiş G-2 kateqoriyalı 12-ci Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) fərqləndirilib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Camalov yarışın ən yaxşı kişi hakimi seçilib.