
Azərbaycanlı referilər Qazaxıstandakı açıq çempionatda hakimlik edəcəklər
- 16:20
- 44
Azərbaycanın beynəlxalq dərəcəli taekvondo referiləri Rza Məcidov və Seymur Məmmədov Qazaxıstanda gənclər arasında keçiriləcək açıq çempionatda hakimlik edəcəklər.
Rekord.az xəbər verir ki, bu barədə Taekvondo Federasiyası məlumat yayıb.
Martın 10-dan 14-dək keçiriləcək yarış dünya çempionatına seçim xarakteri daşıdığı üçün görüşlər yalnız beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunacaq.