Azərbaycanlı şahmatçı: "Təlxəyə çevrilib öz slavyan qardaşlarının ölümünü dəstəkləyirsən"
- 02 Mar 2022 11:45
- 590
Azərbaycan şahmatçısı Rauf Məmmədov Ukraynadakı müharibədə ölkəsini dəstəkləyən rusiyalı qrossmeyster Sergey Karyakini tənqid edib.
Rekord.az xəbər verir ki, o, barədə fikirlərini öz Feysbuk səhifəsindəki paylaşımında bildirib.
Beynəlxalq qrossmeyster Karyakini təlxək adlandırıb: "Biz 24 ildir bir-birimizi tanıyırıq, həmişə normal münasibətimiz olub. Amma indi çox təəssüf ki, sən təlxəyə çevrilib öz slavyan qardaşlarının ölümünü dəstəkləyirsən. Həmkarlarımızın neçə gündür bombala görə sığınacaqlarda qaldığı bir vaxtda təhqiramiz ifadələr yazırsınız. Bir çox şahmatçılar, yoldaşlarım evsiz qalıb. İndi sənə yazığım gəlir.
Mən də ruslara müraciət etmək istəyirəm. Mən bilirəm ki, sizin aranızda kifayət qədər adekvat insanlar var və siz bu soyqırımı və terroru dayandıra bilərsiniz. Küçəyə çıxın və xəstə babanızı sakitləşdirin. Ukraynaya eşq olsun”.
Qeyd edək ki, Rauf Məmmədovun həyat yoldaşı ukraynalı şahmatçı Natalya Buksadır.