“Azərikimya” rəhbərliyinin “Sumqayıt“a laqeydliyi, klub rəsmilərinin çarəsiz qalması yerli azarkeşləri özündən çıxarıb.

Rekord.az xəbər verir ki, artıq fanatlar öz aralarında Avroliqada debüt edəcək komandaya yardımçı olmaq, şəhər təmsilçisinin beynəlxalq arenada normal çıxış etməsi üçün kluba yardım kampaniyasına başlamağa qərar veriblər.

Yaxın günlərdə bu məqsədlə bank hesabı açılacaq. Kampaniyaya “Sumqayıt”a 1 manat ver, şəhərin adını Avropada tanıtdır” adını qoyublar.