“Sumqayıt”dakı durğunluq davam edir. Klub tarixində ilk dəfə Avropa Liqasında oynayacaq, amma nə yeni transfer var, nə də buna cəhd. Deyilənə görə, klubun sponsoru olan “Azərkimya” şirkəti bunun üçün büdcə ayırmır.

Lakin Rekord.az-ın əldə etdiyi məlumata görə, sözügedən şirkət rəhbərliyinin bu məsələdə günahı yoxdur.

Çünki onlar bu məsələdə birbaşa SOCAR-a tabedilər. Yəni əlavə büdcə ayırılması üçün ilk növbədə SOCAR-dan razılıq gəlməlidir. Həmin razılıq isə hələlik verilməyib. Ona görə “Azərkimya” rəhbərliyi büdcədən özbaşına vəsait ayıra bilmir.