Çimərlik voleybolu üzrə Avropa kubokunda çıxış edən "AZERRAIL" klubunun qadınlardan ibarət komandası çempion olub. "Rekord.az" xəbər verir ki, təmsilçimiz çempionluq matçında Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib. 

Fransanın Montpellier şəhərində təşkil olunan yarışın final görüşündə komandalar arasında keçirilən iki oyundan birində “AZERRAIL”, digərində isə rəqib qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün qızıl set oynanılıb. Gərgin mübarizədən bu hissədə 15:12 hesabı ilə üstün olan təmsilçimiz “Avropa Kuboku”nun qalibi olub.

13 oktyabr
Final (qadınlar)
   “AZERRAIL” - “Sunrise Beach Spors Academy” (UKR) 2:1 (19:21; 21:18; 15:11)
   “AZERRAIL” - “Sunrise Beach Spors Academy” (UKR) 0:2 (25:27; 13:21)
   Qızıl set - 15:12