Ölkəmizi avrokubokda təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız "Challenge Cup"ın 1/16 final mərhələsi çərçivəsində Almaniyanın "VFB Suhl Thüringen" klubu ilə üz-üzə gəlib.

Tərəflər hər iki qarşılaşmanın Almaniyada keçirilməsinə dair razılığa gəliblər. Bir qədər əvvəl başa çatmış ilk görüş rəqibin üstünlüyü ilə başlayıb. İlk setdə uduzan voleybolçularımız növbəti hissədə qələbə qazanmaqla ümumi hesabı bərabərləşdiriblər. Lakin "Azərreyl"in bundan artığına gücü çatmayıb. 4 set davam edən matçda komandamız 1:3 hesabı ilə uduzub. Bununla təmsilçimiz növbəti mərhələ şansını azaldıb. 

Cütün cavab qarşılaşması sabah eyni məkanda baş tutacaq. Həmin oyunda "Azərreyl" qalib gələrsə, Qızıl setə ehtiyac olacaq. Rəqib qalib gələrsə, 1/8 finala adlayan da onlar olacaqlar.

Challenge Cup
1/16 fina
l
   "Azərreyl" - "VFB Suhl Thüringen" 1:3 (15:25, 25:23, 20:25, 16:25)