Ölkəmizi avrokubokda təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" klubu növbəti mərhələyə adlaya bilməyib. "Rekord.az" xəbər verir ki, komandamız "Challenge Cup"ın 1/16 final mərhələsində Almaniyanın "VFB Suhl Thüringen" kollektivi ilə üz-üzə gəlib. 

Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki görüş Almaniyada baş tutub. İlk matçda məğlub olan təmsilçimiz cavab qarşılaşmasında da eyni aqibəti yaşayıb. 3 set davam edən görüşdə "Azərreyl" quru hesablı məğlubiyyətlə barışmalı olub. Bununla da, ölkəmizin avrokubokdakı yeganə təmsilçisi mübarizəni 1/16 finalda dayandırıb. 

 

Challenge Cup

1/16 final, cavab oyunu

   "VFB Suhl Thüringen" - "Azərreyl" 3:0 (25:15, 25:17, 25:9)