
“Azəryol” “Qarabağ”a qalib gəldi
- 15 Fev 2025 18:00
- 106
Həndbol üzrə Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, qadınların final mərhələsində 1-4-cü yerlər uğrunda yarışan "Azəryol" "Qarabağ"la üz-üzə gəlib.
"AHF Arena"da keçirilən görüş "Azəryol"un 32:21 hesablı qələbəsi ilə nəticələnib.
Kişi həndbolçuların çempionatında 5-6-cı yerlər uğrunda mübarizə aparan U-17 "Dinamo" ilə görüşüb. Qarşılaşma "Dinamo"nun 40:35 hesablı qələbəsi ilə yekunlaşıb.