Aziz Yıldırım "Fənərbaxça"nın prezidenti postuna namizədliyini irəli sürüb.

Rekord.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71 yaşlı iş adamı mayın sonlarında keçiriləcək prezident seçkilərində iştirak edəcək.

"Sarı-lacıvərdlilər"in sabiq rəhbəri məsələ ilə bağlı bütün sualları mayın 15-də baş tutacaq mətbuat konfransında cavablandırılacaq. Onun seçkilərdəki əsas rəqibi hazırkı rəhbər Ali Koçdur.