“Aznur” ilk məğlubiyyətinə üzüldü
- 27 Dek 2023 15:11
- 280
Minifutbol üzrə Azərbaycan çempionatında 4-cü turun 4 oyunu keçirilib.
Rekord.az xəbər veri rki, ilk üç turda 7 xal toplayan “Aznur” ilk məğlubiyyətini alıb.
“Qalaxy Bakı”, “Atəşgah Suraxanı”, “Odlar Yurdu” və “Real Bakı” turu 3 xalla başa vurublar.
Tura bu gün keçiriləcək “Veteran” – “Turan”, “Zirə” – “İnter”, “Dinamo Gəncə” – “Abşeron” və “Birbaşa Bakı” – “Siyəzən” oyunları ilə yekun vurulacaq.
Azərbaycan çempionatı
4-cü tur
“Baku Fire” – “Qalaxy Bakı” 1:4
“Atəşgah Suraxanı” – “Aznur” 4:1
“Odlar Yurdu” – “Sumqayıt” 2:1
“Real Bakı” – “Dirçəliş” 6:2