Növbəti erməni təxribatına cavab olaraq, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin azad olunması məqsədilə əks-hücuma keçmiş qəhrəman Azərbaycan ordusunun əldə etdiyi ilk uğurlar bütün Azərbaycan xalqı kimi velosipedçilər arasında da böyük ruh yüksəkliyi doğurub.

 

Rekord.az xəbər verir ki, bu gün ordumuz lazım olan hər bir şeylə tam həcmdə təmin olunsa da, orduya dəstək aksiyasına qoşulan Azərbaycan Velosiped İdmanı Federasiyası əsgərlərimizə onlara lazım ola biləcək bir sıra texniki avadanlıq, alətlər və s. göndərib.