Azərbaycan Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvü Aybəniz Babayeva Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə pnevmatik tapançadan 10 metrəyə atışda (P2) gümüş medala sahib çıxıb.

Rekord.az xəbər verir ki, millimizin digər üzvü Yelena Taranova da yüksək nəticə göstərək finala vəsiqə qazanıb.

Həlledici mərhələdə isə o, yarışı 5-ci yerdə başa vurmalı olub.

Turnir 17-29 sentyabr 2023-cü il tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək dünya çempionatında iştirak üçün lisenziya qazandırır.