Naxçıvan Muxtar Respublikası Babək rayon 1 nömrəli tam orta məktəbin idman zalında şəhidlərimiz kapitan Toğrul Məmmədov və əsgər Rasim Ramazanovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə ölkəmizin azadlığı və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər Vətən uğrunda döyüşlərdə böyük şücaət göstərən şəhidlərimizin gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Şəhidlərin ailə üzvlərinə Gənclər və idman idarəsi tərəfindən təşəkkürnamə təqdim edilib. Daha sonra yarışa start verilib. 8 çəki dərəcəsi üzrə ümumilikdə 45 idmançının qələbə uğrunda mübarizəsində ilk üç yerə sahib çıxan idmançılar diplomla təltif olunublar.

Qaliblər:

Ramazan Məmmədl - 25 kq

Murad Hacızadə - 29 kq

Coşqun İbrahimov - 32 kq

Hüseyn Cəfərov - 35 kq

Murtuz Həsənov - 38 kq

Aqil Salmanov - 42 kq

Məhəmməd Hümbətov - 45 kq

Səfər Muradov - 47 kq