Babəkdə şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri
- 23 Sen 2023 12:22
- 283
Babək rayon ümumtəhsil məktəblərinin komandaları arasıda şəhidlərimiz baş leytenant Telmanlı Allahyar Elman oğlu, baş leytenant İsmayılov Abbasəli İmamqulu oğlu və əsgər Hümbətov İmaməddin Muxtar oğlunun xatirəsinə həsr olunmuş minifutbol birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, açılış mərasimində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
100-ə yaxın məktəblinin iştirakı etdiyi turnirdə Babək şəhər 1 nömrəli tam orta məktəbin komandası birinci olub.
Gənclər və idman idarəsi tərəfindən şəhidlərin ailə üzvlərinə təşəkkürnamə, fərqlənən komandalara və üzvlərinə isə diplomlar təqdim edilib.