"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun bacısı Katya Aveyru qardaşının koronavirusa yoluxmasına reaksiya verib.

Rekord.az xəbər verir ki, o, şəxsi "İnstagram" hesabında etdiyi paylaşımda Ronaldonun əslində sözügedən virusa yoluxmadığını və ümumiyyətlə, pamdemiyaya inanmadığını yazıb:

"Kriştiano bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Bu gün "Bəsdir dünyanı aldatdınız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın".

Qeyd edək ki, Ronaldo 10 gün karantində qalacaq və "Yuventus"un ən azı iki oyununu buraxacaq.