Azərbaycanın yeniyetmə badmintonçuları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “10th LI-NING Zagreb Youth Open” turnirində bürünc medal qazanıblar.

Rekord.az xəbər verir ki, 15 yaşadək idmançıların qarışıq-qoşa yarışında Əli Gözəlov - Aysu Kərimzadə tandemi bu kateqoriya üzrə turnirin yarımfinalına kimi irəliləyib.

Mübarizəyə 1/32 finaldan başlayan yeniyetmə badmintonçular yarımfinala gedən yolda Macarıstan, Sloveniya, Polşa və Türkiyədən olan rəqiblərinə qalib gələrək, qarışıq-qoşa yarışında ən güclü “dördlüy”ə yüksəliblər.

Əli Gözəlov - Aysu Kərimzadə cütlüyü isə finalın bir addımlığında Rumıniya badmintonçularına 0:2 (20:22, 20:22) hesabı ilə məğlub olublar.