Era Maftuha-Həcər Nuriyeva tandemi qadın badmintonçuların qoşa yarışında gümüş medal qazanıb. İlk görüşdə Qazaxıstanı təmsil edən rəqibləri korta çıxmadığından birbaşa yarımfinala vəsiqə qazanan badmintonçularımız bu mərhələdə Özbəkistandan olan həmkarlarına qalib gələrək finala yüksəlib. Era və Həcər qızıl medal uğrunda keçirilən qarşılaşmada Rutaparna Panda-Svetaparna Panda qoşasına iki setin yekununda məğlub olub.

Badmintonçularımız Edi Reski Dviçayo və Keişa Fatimə Zəhra isə Tacikistanın Düşəndə şəhərində keçirilən "International" seriyalı beynəlxalq turnirdə 3-cü olub. 
Kişi badmintonçuların şəxsi yarışında mübarizəyə 1/16 finaldan Edi yarımfinala gedən yolda Qazaxıstan, Şri-Lanka və Hindistandan olan rəqiblərinə qalib gələrək ən güclü 4-lüyə yüksəlib. 
Edi finalın bir addımlığında Vyetnam badmintonçusu Le Duc Phata 0:2 hesabı ilə uduzub.
Eyni nəticəyə Keişa Fatimə Zəhra da imza atıb. 

Qadın badmintonçuların şəxsi yarışında Kipr və Misr badmintonçularını mübarizədən kənarlaşdıran Keişa finala yüksəlmək uğrunda keçirilən görüşdə hindistanlı Anupama Upadhyaya 0:2 hesabı ilə məğlub olub.