Bafetimbinin huşunu itirdiyi anın VİDEOSU
- 22 Avq 2020 14:21
- 585
Səudiyyə Ərəbistanının "Əl Hilal" komandasının futbolçusu Bafetimbi Qomisin oyun vaxtı halı pisləşib.
Rekord.az xəbər verir ki, fransalı hücumçu yerli çempionatın 26-cı turunda səfərdə "Əl-Əhli" keçirilən matçın (2:1) 12-ci dəqiqəsində huşunu itirib.
O, həkimlərin müdaxiləsindən sonra özünə gəlib və matçın sonunadək meydanda olub.
35 yaşlı forvard 2017/2018 mövsümündə "Qalatasaray"da çıxış edərkən "Kasımpaşa" ilə matçda da huşunu itirmişdi. O, ilk dəfə 2009-cu ildə Fransa millisinin təlim-məşq toplanışında bu vəziyyətlə üzləşib.