Bakıda 2006-2007-ci il təvəllüdlü qızlar arasında birincilik start götürüb. “Rekord.az” xəbər verir ki, 6 komandanın iştirak etdiyi Bakı birinciliyinin oyunları Azərbaycan Voleybol Federasiyasının İdman zalında keçirilir.

Bakı İdman İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə keçirdiyi yarışda “UGİM”, “Xətai”, “Azərreyl-1”, “Azərreyl-2”, “Abşeron”, “Azəri 6” komandaları mübarizə aparır. Birincilik dairəvi sistem üzrə keçirilir.

Yarışın ilk günündə “Azərreyl-1” -  “Azərreyl-2”, “Azəri” - “Xətai” qarşılaşmaları baş tutub. Hər iki görüşdə birincilər 2:0 hesabı ilə qələbə qazanıblar.

Növbəti oyunlar ayın 16-da keçiriləcək. Həmin gün “Azəri” “Azərreyl-1”lə, “Xətai” isə “Azərreyl-2” ilə üz-üzə gələcək.

Qeyd edək ki, ən çox xal qazanan komanda Bakı birincisi olacaq.