Bakıda keçirilən 2006-2007-ci il təvəllüdlü qızlar arasında birincilikdə növbəti oyunlar keçirilib. “Rekord.az” xəbər verir ki, növbəti turda “Azəri” - “Azərreyl-1”, “Xətai” - “Azərreyl-2” qarşılaşmaları baş tutub.

Hər iki görüşdə 2:0 hesabı qeydə alınıb. Müvafiq olaraq “Azəri” və “Xətai” kollektivləri meydandan qalib ayrılıblar.

Növbəti turda isə “Azəri” komandası “Azərreyl-2”ni, “Azərreyl-1” isə “Xətai”ni 2:0 hesabı ilə məğlub edib.

6 komandanın (“UGİM”, “Xətai”, “Azərreyl-1”, “Azərreyl-2”, “Abşeron”, “Azəri”) iştirak etdiyi yarışın turnir cədvəlinə “Azəri” komandası başçılıq edir.

Qeyd edək ki, dairəvi sistemlə keçirilən birincilikdə ən çox xal qazanan komanda Bakı birincisi olacaq.