Bakının qadın voleybolçulardan ibarət "Azərreyl" klubu daha bir oyunçu ilə razılığa gəlib. "Rekord.az" xəbər verir ki, komandamız bu dəfə amerikalı voleybolçu Kazmiere Braunu həyətinə qatıb.

24 yaşlı voleybolçu ən azı bir il Bakı təmsilçisinin uğurları üçün çalışacaq. Blokçu mövqeyində çıxış edən amerikalı bundan əvvəl Ukraynanın "Ximik" kollektivinin formasını geyinib.

Qeyd edək ki, "Azərreyl" 2020/2021 illər mövsümündə ölkəmizi avrokubokda təmsil edəcək.