Bakı klubu avrokubokda hər iki oyunu Almaniyada keçirəcək
- 06 Dek 2022 16:17
- 536
Ölkəmizi voleybol üzrə avrokubokda təmsil edən qadınlardan ibarət "Azərreyl" klubunun oyunlarının tarixi və keçirilmə yeri bəlli olub. "Rekrod.az" xəbər verir ki, komandamız "Challenge Cup"ın 1/16 final mərhələsində Almaniyanın "VfB Suhl Thüringen" kollektivi ilə qarşılaşacaq.
Tərəflərin qarşılıqlı razılaşmasına əsasən, hər iki oyun Almaniyada baş tutacaq. Dekabrın 14-də və 15-də keçiriləcək görüşlərdə ilk gün təmsilçimiz, ertəsi gün isə rəqib meydan sahibi hesab olunacaq.
Qeyd edək ki, "Azərreyl" 1/32 final mərhələsində Slovakiya təmsilçisi "Slaviya"nı 3:1 və 3:0 hesablı qələbələrlə mübarizədən kənarlaşdırıb.