Ölkəmizi voleybol üzrə avrokubokda təmsil edən kişilərdən ibarət "Murov" klubu sabah ilk görüşünə çıxacaq. "Rekord.az" xəbər verir ki, təmsilçimiz "Challenge Cup"ın 1/32 final mərhələsində Xorvatiyanın "Kitro Varazdin" klubu ilə üz-üzə gələcək. 

Cütün hər iki oyunu qarşılıqlı razılaşmaya əsasən Bakıda keçirilicək. İlk oyun oktyabrın 19-də, növbəti görüş isə bir gün sonra baş tutacaq. Hər iki matçın start fiti saat 18:00-da çalınacaq. Qarşılaşmaların yekun nəticəsinə uyğun olaraq qalib gələcək komanda adını növbəti mərhələyə yazdıracaq. 

Qeyd edək ki, komandamızın ilk oyununu rumıniyalı Darius Dumitru Mesca və litvalı Sergey Rodin idarə edəcəklər. 

 

Challenge Cup (kişilər)

1/32 final 

19 oktyabr

   18:00 "Kitro Varazdin" - "Murov"

20 oktyabr

   18:00 "Murov" - "Kitro Varazdin"