Ölkəmizi avrokubokda təmsil edən voleybolçu kişilərdən ibarət "Murov" klubu sabah növbəti görüşünü keçirəcək. "Rekord.az" xəbər verir ki, komandamız "Challenge Cup"ın 1/16 final mərhələsində Avstriyanın "Holding Graz" klubu ilə üz-üzə gələcək.

Tərəflərin qarşılıqlı razılığı əsasında hər iki oyun Bakıda baş tutacaq. Sabahkı matça avstriyalılar ev sahibliyi edəcəklər. Bir gun sonrakı görüşün ev sahibi isə "Murov" olacaq.

Komandamızın bu mərhələdəki ilk görüşü noyabrın 8-də saat 19:00-da baş tutacaq. Oyun Voleybol Mərkəzində keçiriləcək.