
Bakı klubu pley-off öncəsi italiyalı məşqçi ilə yollarını ayırdı
- 12 Apr 2025 17:24
- 66
Qadın voleybolçulardan ibarət "Milli Aviasiya Akademiyası" klubu baş məşqçisi ilə yollarını ayırıb. "Rekord.az" xəbər verir ki, Bakı klubu bundan sonra italiyalı mütəxəssis Giovanni Torchionun xidmətlərindən yararlanmayacaq.
Komandanın məlumatına görə, italyan çalışdırıcı ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.
Qeyd edək ki, Yüksək Liqanın son turunda komanda məğlub olmuşdu. Bununla belə, ilkin mərhələdə bu gün keçirəcəyi oyunun nəticəsindən asılı olmayaraq, "Milli Aviasiya Akademiyası" turnir cədvəlinin ikincisi kimi pley-offa yüksələcək.