Bakınına qadın voleybolçulardan ibarət "Azərreyl" klubu beynəlxalq yarışda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamız Türkiyədə keçirilən VI Beynəlxalq Boğaziçi Voleybol Turnirində ikinci görüşdə "PTT Spor" ilə qarşılaşıb.

Oyun əvvəlki qarşılamada olduğu kimi  rəqibin üstünlüyü ilə keçib. 3 set davam edən matçda voleybolçularımız ardıcıl ikinci quru hesablı məğlubiyyətlə üzləşiblər.

VI Boğaziçi Voleybol Turniri

II tur

"PPT Spor" - "Azərreyl" 3:0 (25:14, 25:17, 25:13)