Bakı klubunun ilk oyunu türkiyəli hakimə tapşırıldı
- 28 Noy 2022 16:24
- 492
Sabah avrokubokda mübarizəyə başlayacaq qadın voleybolçulardan ibarət "Azərreyl" klubunun ilk oyununu idarə edəcək hakimlərin adları bəlli olub. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"ın 1/32 final mərhələsinin ilk qarşılaşmasında komandamızın oyununu türkiyəli hakim idarə edəcək.
Noyabrın 29-da keçiriləcək görüşünün əsas ədalət təmsilçisi Türkiyədən olan Hatice Özmen Yıldızdır. Bu qarşılaşmada ona bolqarıstanlı Simon İvanov kömək edəcək.
Qeyd edək ki, Voleybol Mərkəzində baş tutacaq oyun saat 18:00-da start götürəcək.