Bakı küləyi "Olimpiakos"un futbolçusunu çətin vəziyyətə saldı VİDEO
- 29 İyl 2021 14:44
- 534
"Neftçi" və "Olimpiakos" arasındakı Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə qeyri-adi hadisə baş verib.
Rekord.az xəbər verir ki, 23-cü dəqiqədə qonaq komandanın futbolçusu Matyö Valbuena künc zərbəsini yerinə yetirmək istərkən çətin anlar yaşayıb.
37 yaşlı yarımmüdafiəçi topa yaxınlaşdığı vaxt güclü külək künc bayrağını silkələyərək, ona mane olub.