“Bakı Marafonu-2023”də “Azərlotereya” tərəfdaş oldu
- 08 May 2023 13:37
- 387
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində növbəti ölkə əhəmiyyətli tədbirə dəstək olub. Belə ki, “Azərlotereya” bu il də “Bakı Marafonu - 2023”-ün tərəfdaşı kimi iştirak edib.
Məqsəd sağlam və aktiv həyat tərzini təbliğ etmək, idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə töhfə vermək, bu istiqamətdə həyata keçirilən layihələrin icrasına dəstək göstərməkdir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 7-də təşkil olunan “Bakı Marafonu - 2023”də 20 minə yaxın iştirakçı qeydiyyatdan keçib.
Yarışın əyləncə zonasında qonaqlar “Azərlotereya” stendinə yaxınlaşaraq təşkil olunan müxtəlif oyunlarda iştirak edərək maraqlı anlar yaşayıblar.
“Küləyə qalib gəl” şüarı altında altıncı dəfə keçirilən Bakı Marafonunun bu il start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olub və 21 kilometrlik məsafəni əhatə edib.
Qeyd edək ki, Bakı Marafonunda Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, bir sıra digər ölkələrdən iştirakçılar, tələbələr, eləcə də daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər iştirak ediblər.