2 noyabrda cüdo üzrə kişilər və qadınlar arasında Bakı şəhər çempionatının ilk yarış günü keçirilib.

Rekord.az xəbər verir ki, Hövsan qəsəbəsi, Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışda qadınlar və kişilər arasında 7 çəkidə 97 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Yarışın ilk günündə kişilər arasında -60 kq, - 73 kq, -90 kq və +100 kq çəki dərəcələrində, qadınlar arasında isə -48 kq, -57 kq və -70 kq çəki dərəcələrində qaliblər bəlli olub.

Medalçıları təqdim edirik:

Qadınlar

-48 kq. 
1. Xumar Qasımzadə 
2. Leyla Hüseynova 
3. Şəfiqə Mollazadə 
3. Məryəm Əlizadə

-57 kq. 
1. Elmira Mustafayeva 
2. Rəmziyyə Hüseynova 
3. Aydan Alışova

-70 kq. 
1. Nigar Əlibəyli 
2. Zəhra Əliyeva

Kişilər

-60 kq. 
1. Hüseyn Allahyarov 
2. Murad Muradlı 
3. Ayxan Mirzəzadə 
3. Səhib Babayev

-73 kq. 
1. Sadiq Həsənli 
2. Nicat Sultanov 
3. Ömər Qarayev 
3. Səid Rzayev

-90 kq. 
1. Musa Hüseynli 
2. Nihad Ələsgərli 
3. Tuncay Şamil 
3. Davud Namazlı

+100 kq. 
1. Kənan Nəsibov 
2. Eldar Əliyev 
3. Cəlil Şükürov