Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat
- 15 Dek 2022 14:30
- 535
Formula 1 üzrə Azərbaycan qran-prisini təşkil edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) yeni təyinat olub.
Rekord.az xəbər verir ki, bu barədə Bakıdakı yarışın mətbuat katibi Turab Teymurov mətbuat konfransında bildirib.
O, Səbri Gülmalıyevin BŞH-nın Satış və Kommersiya departamentinin rəhbəri vəzifəsinə təyin edildiyini söyləyib.
Azərbaycan qran-prisi 2023-cü il 28-30 apreldə olacaq.
Kənan Məstəliyev, Rekord.az