Bakıda beynəlxalq atletika yarışına start verildi
- 09 İyn 2023 21:37
- 331
Bakıda Dünya Atletikası və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq memorial start götürüb.
Rekord.az xəbər verir ki, açılış mərasimində çıxış edənlər mütəxəssisin ölkədə atletikanın inkişafındakı xidmətlərindən danışaraq iştirakçılara uğurlar arzulayıblar.
Beynəlxalq memorialda Azərbaycan atletləri ilə yanaşı, Türkiyə, Gürcüstan, Qırğızıstan və Oman idmançıları da mübarizə aparırlər. Medallar uğrunda ümumilikdə 120 idmançı qüvvəsini sınayır.
Artıq yarışın ilk gününün qalibləri məlumdur.
100 metr məsafəyə qaçış
Kişilər
Mindia Endeladze (Gürcüstan)
Qadınlar
İlahə Quliyeva
400 metr məsafəyə qaçış
Kişilər
Oğuz Akgül (Türkiyə)
Qadınlar
Lamiyə Vəliyeva
1500 metr məsafəyə qaçış
Əmrah Nağıyev
Üç təkanla tullanma
Kişilər
Mesut Bülbül (Türkiyə)
Qadınlar
Gizem Akgöz (Türkiyə)
Nüvə itələmə
Kişilər
Nuh Polat (Türkiyə)
Memorial Dünya Atletikasının qlobal təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması üçün mühüm rol oynayacaq. Həmçinin, bu nəticələr qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı verəcək.