Cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ardınca Bakıda beynəlxalq təlim-məşq toplanışına start verilib.


Rekord.az xəbər verir ki, Avstraliya, Belçika, Braziliya, Çexiya, Finlandiya, Yaponiya, Almaniya, Macarıstan, Yunanıstan, İsveçrə, Tacikistan, Sloveniya, Ukrayna və Azərbaycanın tatami ustaları ölkəmizdə təlim-məşq toplanışı keçirlər.


Fevralın 21-dək davam edəcək hazırlıqlara 100-dən çox cüdoçu qatılıb.


Beynəlxalq təlim-məşq toplanışı cüdoçuların hazırlıq səviyyəsini artırmaq, beynəlxalq təcrübə mübadiləsini gücləndirmək və qarşıdakı turnirlərə daha yaxşı hazırlaşmaq məqsədi daşıyır.