Bakıda beynəlxalq turnirə start verildi
- 18 Dek 2023 20:44
- 281
Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnirə start verilib.
Rekord.az xəbər verir ki, döyüşlərdən öncə yarışın açılış mərasimi keçirilib.
Tədbir iştirakçı komandaların – Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları, həmçinin Litvanın “Royal” klubun paradı ilə başlayıb.
Ardınca Azərbaycan Boks Federasiyası (ABF) prezidentinin müşaviri Samir Hüseynov qonaqları Bakıda salamlayıb: “Məqsədimiz boksun inkişafına töhfə verməkdir. Gələn il Azərbaycan Boks Federasiyasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirəcəyik. Həmin vaxt Bakıya çoxsaylı qonaqlar gələcək və bu, ölkəmizdə boksun daha da inkişafında əhəmiyyətli rol oynayacaq. Əminəm ki, yarış yadda qalan olacaq”.
Turnirin serbiyalı supervayzeri Draqolyub Radoviç və Azərbaycan Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliniyaz Mirzəyev də çıxış edəcək idmançılara uğurlar arzulayıblar.
Ardınca yarış açıq elan olunub.
Turnirin ilk günündə 5 çəki dərəcəsində 14 döyüş təşkil olunub. Görüşlərdə millimizin 3 boksçusu 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 97 boksçunun mübarizə apardığı yarışın ikinci günündə 15 görüş olacaq. Döyüşlər Bakı Boks Mərkəzində saat 15:00-da başlayacaq. Qaliblərin adına isə dekabrın 22-də aydınlıq gələcək.
1/8 final
48 kq
Bilalhəbəşi Nəzərov (Azərbaycan) – İbrahim Aljuhani (Səudiyyə Ərəbistanı) – ikinci döyüşə gəlməyib
57 kq
Davud Məmmədov (Azərbaycan) – Adam Macidov (Rusiya) – 1:4
Faiq Mollayev (Azərbaycan) – Maqomedrasul İbrahimov (Rusiya) – 1:4
63,5 kq
Vüsal Süleymanov (Azərbaycan) – Səid Yunusov (Özbəkistan) – birinci döyüşə gəlməyib
Janqir Aldaberqenov (Qazaxıstan) – Həsən Hacıyev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Mehrab Abbasov (Azərbaycan) – Camşed Mahmadov (Tacikistan) – 5:0
Muhammed Miniqbayev (Tacikistan) – Mirhəsən İbrahimov (Azərbaycan) – 5:0
Ruslan Qafurov (Tacikistan) – Aliskandi Maqomedbekov (Rusiya) – birinci tam üstünlüklə qalib gəlib
Saken Yermek (Qazaxıstan) – Nurlan Paşayev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib
Renat Krepştul (“Röyal” klubu, Litva) – Uğur Tağıyev (Azərbaycan) – 4:1
Məhəmmədəli Teymurov (Azərbaycan) – İbrahim Zeynalov (Azərbaycan) – ikinci tam üstünlüklə qalib gəlib
67 kq
Torexan Sabirxan (Qazaxıstan) – Məhəmməd Quliyev (Azərbaycan) – 5:0
Özcan Rəsulzadə (Azərbaycan) – Abdulla Çerqesov (Rusiya) – 0:5
80 kq
Madiyar Behultanov (Qazaxıstan) – Təyyar Allahverdiyev (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib