![photo](https://www.rekord.az/storage/uploads/5/elnur-memmedli.jpg)
Bakıda bir gündə 3 avrokubok matçının keçirilməsinə AFFA-dan reaksiya RƏSMİ AÇIQLAMA
- 04 Avq 2023 15:51
- 1132
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Beşiktaş" - "Neftçi" matçının yerinin dəyişdirilməsi səbəbindən çətin bir durum yaranıb. "Rekord.az" xəbər verir ki, belədə 10 avqust tarixində Bakıda birdən-birə 3 avrokubok qarşılaşması keçiriləcəyi dəqiqləşib. Hazırda durum belədir:
10 avqust.
Saat 20:00. “Qarabağ” – HİK. Tofiq Bəhramov adına Respublika Stadionu
Saat 20:00. “Sabah” – “Partizan”. “Bank Respublika Arena”
Saat 21:00. “Neftçi” – “Beşiktaş”. 8-ci KM stadionu.
Bu isə ciddi problemlərə yol aça, xüsusilə də təhlükəsizlik məsələlərində çətinliklər yarada bilər. Bununla bağlı AFFA-ya müraciət etdik. Federasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli "Rekord.az"-a açıqlamasında bunları dedi: "Hazırda UEFA-nın Təşkili və Keçirilməsi Departamenti ilə bu barədə müzakirə və danışıqlar gedir. Dəyişikliklərin edilməsi ehtimalı var".