Bakıda daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq.

Rekord.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün gecə saat 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Buna səbəb Formula 1 üzrə Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılması prosesinin davam etdirilməsidir.

Azərbaycan qran-prisi 28-30 apreldə keçiriləcək.