Şimali Makedoniyanın “Şkupi” komandasının qapıçısı Kristian Naumoski Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Bakıda “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 32 yaşlı qolkiper klubun rəsmi saytına açıqlamasında rəqibin elə də cəlbedici komanda olmadığını bildirib:

“Bizi çox yaxşı və güclü rəqib gözləyir. Hamımız bilirik ki, "Neftçi" güclü komandadır. Son 3-4 gün ərzində “Neftçi”ni analiz etməyə çalışmışıq. Artıq bu matça köklənmişik. Bakıya gedəcəyik və əlimizdən gələni etməyə hazırıq. Start heyətdə və ehtiyat oyunçular skamyasnda kimin olacağı vacib deyil. Meydanda olan oyunçuların 90-95 dəq hər şeyi verməsi vacibdir. Hər görüşdə qələbə qazanmaq istəyirik, "Neftçi", "Pelister" və ya "Vardar" bizim üçün rəqibin fərqi yoxdur".

Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Şkupi” oyununa saat 20:00-da start veriləcək.